Putindən Trampa görüş təklifi


20:34     23 Oktyabr 2018 18_10_23_1540311993.jpg

Moskvada Rusiya prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında görüş keçirilib.

Putin görüşdə amerikalı həmkarı Donald Trampla noyabrın 11-dək Parisdə görüşməyi təklif edib.

Həmin müddətədək Fransanın paytaxtında I Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunan tədbirlər keçiriləcək.

Putin amerikalı həmkarı ilə birbaşa təmasların faydalı ola biləcəyini bildirib: "Təbii ki, ABŞ tərəfi belə təmaslarda maraqlı olarsa".

C.Bolton isə cavabında D.Trampın Rusiya Prezidenti ilə görüşməkdən məmnun olacağını vurğulayıb: “Əlbəttə, Prezident Tramp bu beynəlxalq tədbir çərçivəsində sizinlə böyük məmnuniyyətlə görüşər”.

Xatırladaq ki, ABŞ və Rusiya prezdientləri arasında son görüş iyulun 16-da Finlandiyanın Helsinki şəhərində keçirilib. (Azvision)

Femida.az

Açar sözlər:

Oxunub: 500