Bakının bu ərazilərində qaz olmayacaq - Xəbərdarlıq
20:59 23 Oktyabr 2018
"Azəriqaz” İstehsalat Birliyindən Femida.az-a verilən məlumata görə, Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında 2000 mənzildən ibarət olan yaşayış kompleksinin qazlaşdırılması məqsədilə çəkilmiş diametri 315 mm-lik polietilen orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, 24 oktyabr 2018-ci il tarixdə saat 10:00-dan işlər tamamlananadək Mətbuat və N.Nərimanov prospektləri, eləcə də Şərifzadə və H.Cavid küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən zəruri işlərin Nəsimi rayonu Cəlil Məmmədquluzadə, S.Əsgərova, Ş.Əzizbəyov küçələrinin də az təchizatına təsir göstərməsi mümkündür.
Aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.
Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Femida.az
Oxunub: 397
Oxşar xəbərlər
- Bakının Qaradağ rayonunda qaz kəsiləcək
- Bakının bəzi yerlərində içməli suyun verilişi dayandırılıb
- Bakının Xəzər rayonunda neft oğruları peyda olub
- Bakının bəzi küçə və prospektlərində yeni hərəkət sxemi müəyyən edilib
- Bakının mərkəzində ağacların kəsilməsinə görə vəzifəli şəxs cərimələnib
- Bakının mərkəzində restoranda lift qırılıb, 2 nəfər ağır xəsarət alıb
- Bakının 6 küçə və prospektində hərəkət məhdudlaşdırılacaq
- Bakının Nəsimi və Səbail rayonlarında su kəsiləcək
- Bakının parklanma Baş Planı hazırlanıb və qiymət tarifi müəyyənləşdirilib
- Bakının bir sıra ərazilərində su kəsiləcək