Azərbaycan Fransaya nota verdi
21:04 23 Oktyabr 2018
Azərbaycan Fransaya nota verib.
Bu barədə Femida.az -a Azərbaycan XİN-dən məlumat verilib.
Belə ki, Fransa səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb: "Ona Fransa nümayəndələrinin Azərbaycanın maraqlarına, onun suverenliyi və ərazi bütövlüyünə toxunan bir sıra addımları, o cümlədən bu yaxınlarda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri tərəfindən edilmiş qanunsuz səfərlərlə bağlı rəsmi etiraz bildirilib".
"Fransa nümayəndələrinin bu kimi addımlarına hüquqi və siyasi qiymətləndirmə verilib, Fransa hökuməti bu ölkənin fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün effektiv tədbirlər görməyə çağırılıb və qarşı tərəfə Azərbaycan XİN-in rəsmi notası təqdim olunub", - məlumatda qeyd edilib.
Oxunub: 403
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)