22 yaşlı qız dərmandan zəhərlənib


21:55     23 Oktyabr 2018 qaz7.jpg

Tovuz rayonunda 22 yaşlı qadın dərmandan zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Alakol kənd sakini, 1996-cı il təvəllüdlü Türkan Hüseynova xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan onun artıq miqdarda həb qəbul etdiyinə görə zəhərləndiyi bildirilir.

Hadisənin intihara cəhd olduğu da ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 404