Ucarda yaşlı qadını maşın vuraraq öldürüb


22:34     23 Oktyabr 2018 piyada_olumu_2337.jpg

Ucar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az "Report"a istinadən bildirir ki, Heydər Əliyev prospektində yolu keçmək istəyən 64 yaşlı Xuraman İsmayılovanı hərəkətdə olan minik maşını vurub.

Qəzadan sonra sürücü yaralını dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Ucarda avtomobilin dirəyə çırpılması nəticəsində 2 nəfər ölüb.

Femida.az

Açar sözlər:

Oxunub: 326