NATO-nun təlimlərində 4 ABŞ əsgəri yaralanıb


09:23     24 Oktyabr 2018 1415001228_nato2.jpg

NATO-nun “Trident Juncture 18” təlimlərində iştirak etmək məqsədilə Norveçdə yerləşdirilmiş ABŞ ordusuna məxsus hərbi vasitə qəzaya uğrayıb.


Femida.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Pentaqon rəsmiləri bildiriblər.

Məlumata görə, qarşıda 3 vasitənin bir-birinə toqquşduğunu görən dördüncü maşın bu qəzadan yayınmağa çalışarkən yoldan çıxıb.

Nəticədə ABŞ-ın dörd hərbçisi yaralanıb. Dərhal hospital aparılan yaralılardan biri artıq buraxılsa da, digərləri hələ də müayinə altındadır. ABŞ ordusu qəzanın səbəblərini araşdırır.

Açar sözlər:

Oxunub: 495