Qəzada ölənlərlə bağlı - Rəsmi açıqlama


13:05     24 Oktyabr 2018 avtomobil%20qezasi%20(11).jpg

Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib.


DİN-dən Femida.az-a verilən məlumata görə, oktyabrın 23-də saat 13 radələrində Ucar rayonunun Qaradağlı kəndi ərazisində Gədəbəy rayon sakini Elman Məmmədov idarə etdiyi “VAZ-21063” markalı avtomobili yolun kənarındakı dirəyə vurub.

Nəticədə E.Məmmədovun sərnişini - arvadı Solmaz hadisə yerində, özü isə xəstəxanaya aparılarkən yolda ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 608