Ermənilərin amansızca qətlə yetirdiyi Türkiyə səfiri KİM İDİ? - FOTOLAR


14:09     24 Oktyabr 2018 18_10_24_1540375427.jpg


Tarixən terror və terrorçuluğu sevən bir millət olaraq ermənilər Azərbaycan türkləri ilə yanaşı Türkiyə türklərinə qarşı da qeyri-insnai davranışları ilə özlərini “sübut” ediblər. Elə bu gün də həmin terrorlar aktlarından birinin ildönümüdür. Söhbət 1975-ci ilin 24 oktyabrında Fransada öldürülən Türkiyə səfiri İsmayıl Ərəzdən gedir. Erməni terror təşkilatı ASALA üzvləri tərəfindən öldürülən səfir təşkilatın nə birinci, nə də sonuncu qurbanı deyildi…



İsmayıl Ərəz kim idi? 1919-cu ildə doğulan İ.Ərəz 2 yaşında anasını itirmişdi. ABŞ səfirliyində baş katib işlədikdən sonra təyinat yeri Beyrut və Roma olmuşdu. 1974-cü ildə Türkiyənin Fransadakı səfiri təyin edilmişdi. Vətənpərvər olduğu üçün dövrün çətin siyasi mühitinə baxmadan Fransada işləməyi qəbul etdi. Erməni lobbisinin güclü olduğu bir ölkədə çalışacağı üçün üzərinə böyük məsuliyyət düşürdü.

Ərəz ASALA-nın hədəfində olduğunu bilmirdi. Livanda vətəndaş müharibəsindən sonra 1975-ci ildə Beyrutda yaradılan bu təşkilat özünə “Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu” deyirdi. Lakin təşkilatın əsası 1973-cü ildə qoyulmuşdu.



Türkiyənin xaricdəki nümayəndəliklərinə hücumlar təşkil edəcəyini açıqlayan təşkilat ilk olaraq 22 oktyabrda Türkiyənin Avstriyadakı səfiri Danış Tunalıgili qətlə yetirdi. Növbəti hədəf Parisdəki səfir İsmayıl Ərəz idi. Səfirliyə gedərkən, yolda səfirin maşınını tələyə salan erməni terrorçular onu və sürücüsünü amansızca qətlə yetirdi.

Budur artıq, Türkiyənin Xarici İşlər Nazirliyi 48 saat ərzində üç şəhid vermişdi.

ASALA-nın hücumları bundan sonra da səngimədi, əksinə o tarixdən sonra artmağa başladı. 21 ölkədə 110 silahlı hücum həyata keçirən təşkilat 42 diplomatı öldürdü.



ABŞ hökumətinin məlumatlarına görə, ASALA 1968-ci ildən bəri 84 terror aktında 299 adamın yaralanmasına, 46 adamın ölməsinə səbəb olub.

Suriya və Yunanıstan kəşfiyyat orqanlarından maddi-texniki təminat alan təşkilat daha sonra PKK ilə əməkdaşlığa başladı. Hücumlar Avropa ölkələri üçün də təhdidə çevrildiyindən (1985-ci ildən) onları fəaliyyətləri dayandırıldı. ASALA-nın üzvlərinin bir hissəsi PKK-a qoşuldu.



Amin Nəzərli

Femida.az

Açar sözlər: #ASALA   #Ermənistan   #siyasət   #Türkiyə   #səfir   #terror   #Ərəz  

Oxunub: 2045