Polisə şikayət etdi, oğru kürəkəni çıxdı


18:31     24 Oktyabr 2018 2018/10/hebs-cinayet-polis_1540386227.jpg

Bakıda qayınatasının evindən oğurluq edən şəxs saxlanılıb.


DİN-dən Femida.az-a verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən oktyabrın 23-də Sulutəpə qəsəbəsindəki evlərin birindən 500 manat və televizor oğurlamaqda şübhəli bilinən ev sahibinin kürəkəni, Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Coşqun Qəmbərov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 449