Paşinyanın baş nazirliyə namizədliyi qəbul edilmədi


17:16     24 Oktyabr 2018 18_10_24_1540387168.jpg


Ermənistan parlamenti baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın baş nazirliyə namizədliyini qəbul etməyib.


Femida.az xəbər verir ki, 11 nəfər bitərəf qalıb, 1 nəfər əleyhinə səs verib. Başqa sözlə, iclasda onun namizədliyini heç kim dəstəkləməyib.

Bundan başqa, “Daşnaksütyun” və “Tsarukyan” fraksiyaları da səsvermədə iştirak etməyiblər.

Daha öncədən qeyd edilmişdi ki, parlamentdə keçiriləcək səsvermə zamanı o, baş nazir seçilməyəcəyi təqdirdə parlamentin buraxılacağı gözlənilir.

Qeyd edək ki, onun baş nazir vəzifəsinə namizədliyi "Yelk" partiyası tərəfindən irəli sürülüb.

Femida.az

Açar sözlər: #Paşinyan   #nazir   #qəbul  

Oxunub: 397