Azərbaycanda Psixoloqlar Şurası yaradılacaq


17:23     24 Oktyabr 2018 dovlet%20qullugu.png

Azərbaycanda Psixoloqlar Şurası yaradılacaq.


Femida.az xəbər verir ki, bu barədə yeni hazırlanan “Psixoloji yardım haqqında” qanun layihəsində qeyd olunub.

Qanunun 21-ci (Azərbaycan Psixoloqlar Şurası) maddəsinə əsasən, psixoloji xidmət göstərən mütəxəssislərin fəaliyyətinin əlaqələndirilməsi, onların peşə hüquqlarının qorunması, təcrübə mübadiləsinin aparılması və təbliği, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, əhalinin keyfiyyətli psixoloji xidmətlə təmin edilməsinə və psixoloji xidmət sahəsində elmi tədqiqatların aparılmasına köməklik göstərilməsi və psixoloji yardım standartlarının və etika normalarının işlənib hazırlanması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Psixoloqlar Şurası yaradılır.Şura ictimai əsaslarla fəaliyyət göstərir və yüksək ixtisaslı psixoloqlardan, müxtəlif sahələrdə psixoloji xidmət göstərən dövlət orqanlarının nümayəndələrindən ibarət olmaqla 7 üzvdən ibarətdir. Şuranın fəaliyyəti, hüquq və vəzifələri, üzvlərin təyin olunması ə idarə edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənən “Azərbaycan Psixoloqlar Şurası haqqında Əsasnamə” ilə müəyyən edilir.

Qeyd edək ki, qanun layihəsi parlamentin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 355