Eldar Mahmudovun iş ortağının məhkəməsi qapalı keçiriləcək
17:55 24 Oktyabr 2018
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Sahib Ağayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Femida.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmənin qapalı keçirilməsinə qərar verilib.
Daha sonra jurnalistlər zaldan çıxarılıb.
Hazırda proses davam etdirilir.
İttiham aktına əsasən, S.Ağayev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə günahlandırılır. O, 30 milyon manat pulu mənimsəməkdə təqsirli bilinir.
Xatırladaq ki, S.Ağayev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun iş ortaqlarından biri olub.
Mətbuatda yer alan məlumatlara görə, S.Ağayev Qazaxıstanda saxlanılaraq Bakıya gətirilib.
Bu cinayət işi üzrə E.Mahmudov istintaqda şahid qismində ifadə verib.
Femida.az
Oxunub: 416
Oxşar xəbərlər
- Eldar Həsənov kassasiya şikayəti verib
- Eldar Həsənovun apellyasiya şikayəti üzrə məhkəməsi başlayıb
- Eldar Həsənovun apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub
- Eldar Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib
- Eldar Həsənovun məhkəməsində şahidin istintaqa verdiyi ifadə elan edilib
- Eldar Həsənovun məhkəməsində əcnəbilərin göndərdiyi məktublar elan olunub
- Eldar Həsənov yenidən DTX-nin təcridxanasına qaytarılıb
- Eldar Həsənovun növbəti məhkəmə prosesi keçirilib
- Eldar Həsənovun məhkəməsində səfirliyin sabiq əməkdaşı və FHN-in baş inspektoru dindirilib
- Eldar Məmmədəliyev təltif edilib