Tərtərdə qadınları cinsi istismara məruz qoyan şəxslər tutulub


19:31     24 Oktyabr 2018 hebs73.jpg

Tərtər rayonunda qadınları cinsi istismara məruz qoyan şəxslər tutulub

Bu barədə "Report"un Qarabağ bürosuna Tərtər rayon Polis şöbəsindən məlumat verilib.

Belə ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində gəlir əldə etmək məqsədilə qadınları cinsi istismara məruz qoyan Tərtər şəhər sakini Zöhrə Məmmədova və rayonun Seydimli kənd sakini Yazgül Babayeva saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 414