Pasportunda "oğru" yazılan yeganə şəxs - Sevgilisini öldürən azərbaycanlı qadın "oğru"+VİDEO


19:50     24 Oktyabr 2018 18_10_24_1540396275.jpg

“Zerkalo Klara” adı ilə tanınan, əsl adı Klara Yusifzadə olan qadın Azərbaycanın tanınmış oğrusudur.

Femida.az xəbər verir ki, 1934-cü ildə anadan olan Klaranın atası inqilabçı Ağababa Yusifzadədir.

Atası onun adını məşhur alman siyasətçi Klara Setkinin şərəfinə qoyub. Klaranın dediyinə görə, anası ömrünün sonuna qədər adını doğru tələffüz edə bilməyərək, ona “Qlara” deyirmiş.

Səfirlikdə işləyən Ağababa Yusifzadə isə Mustafa Kamal Atatürklə şəkili olan 2-3 nəfər azərbaycanlıdan biridir. Klaranın atası 1937-ci ildə Mircəfər Bağırov tərəfindən güllələnib.

İlk dəfə 15 yaşında həbs edilib Klara cinayətkardan çox cinayət aləminin avtoritetlərindən idi. Ömrünün 32 ilini dəmir barmaqlıqlar arxasında keçirib. Onu adətən Azərbaycandan kənardakı “məhbus evləri”nə göndəriblər. Hətta o, həbsxanada ikən gözlərinin işığını da itirib.

Daşavuzda, Qırğızıstanda adamyeyənlərin kaloniyasında yatan avtoritet onlardan çox şey öyrəndiyini deyib. Zerkalo Klara 50-60-cı illərdə “Pəncəli Aslan”, “Paxan” ləqəbləri ilə tanınan şəxslərin rəhbərlik etdiyi “Qara Volqa”nın üzvü olub.





Bu banda 50-ci illərdə Bakının ən məşhur oğru dəstəsi olub. Başçılarının qadın olması banda ələ keçdikdən sonra müəyyənləşib. O, həbsdən çıxandan sonra şəxsiyyət vəsiqəsində Yusifzadə Klara Ağababa qızı yerinə Ağababa oğlu yazdırıb. Bu, təkcə onun kişi qeyrətli qadın olması ilə əlaqədar deyildi. Bu vəsiqədəki oğlu sözünə güzgü ilə baxdıqda anidən dəyişərək “oğru” halını alırmış. Klara şəxsiyyət vəsiqəsində “oğru” yazılan yeganə şəxs idi.

“Lotu Bəxtiyar”ın qadın cinayətkarlar və əsasən də “Zerkalo Klara” haqqında bir kəlmə sözü olub: “Qadından oğru olmaz. Amma “Pristupni mir”də öz əməlləri, zəhmətlərinə görə, onları “Vorovixa” kimi qəbul ediblər.



Öz arxasınca heç bir iz qoymayan cinayətkarın anadangəlmə barmaq izi olmayıb. O, həm də kasıblara, yoxsullara yardım etməsi ilə diqqət çəkib. Klaranın iki oğlunun şəhid olduğu deyilsə də, bu barədə dəqiq məlumat yoxdur. Qadın oğru 26 noyabr 2011-ci ildə vəfat edib.

Ömrünün 32 ilini dəmir barmaqlıqlar arasında keçirən, Azərbaycan qadını olan “Zerkalo Klara” bu etirafı etmişdir:

“…Qayıda bilmədim bu yoldan. Və indi bütün ötənləri dərindən araşdırdıqdan sonra bu nəticəyə gəlmişəm ki, Tanrının hər kəsə bircə dəfə bəxş etdiyi ömür nəndən yan keçdi. Hədər, boş yerə xərcləndi. Görünür, hər halda bu, mənim qismətim imiş. Qismətdən də qaçmaq mümkünsüz bir işdi…

…Ən sonda isə, üzümü bu gün cinayət aləmində ilk addımlarını atan gənclərə tutmaq istəyirəm. Mənim keçdiyim ömür yolundan ibrət dərsi götürün. Bu illərdə nə qazanmışdımsa da, axır başda hər şeyi uduzdum. Mənim çəkdiyim əzab – əziyyətləri heç kimə arzulamazdım. Gəlib bir ömrün sonuna çatmışam. Vallah, heç nə tapmadım. Nəyim vardı itirdim, canımı, gözlərimi, cavanlığımı… hamısını itirdim. Heç nə tapmadım…

Arzum budur ki, ömrün qürubuna gəlib çatanda, geri baxıb: “Heyf bu ömürdən, yan keçdi” deməyəsiniz. Hamınıza xoşbəxtlik, səadət, azadlıq arzulayıram…”

Qeyd edək ki, Klaranın ilk qurbanı isə nişanlısı olub. Klara atası ilə birlikdə bir müddət Qubada yaşayıb. Sevgilisi Roma da Klaranın samballı oğrularla görüş, “sxodka” yerlərini xəbərləyib. Bundan sonra Klara şəxsən özü Romanın tutulması qərarını verib və onu öldürüb.



Açar sözlər:

Oxunub: 10972


Oxşar xəbərlər