"Qarabağ" Avroliqada növbəti oyununa çıxır


09:06     25 Oktyabr 2018 18_10_25_1540444161.jpg


Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçiriləcək.

Femida.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxacaq. Qurban Qurbanovun komandası Bakıda Ukraynanın “Vorskla” klubunu qəbul edəcək.

Əvvəlki iki görüşdə uduzan hər iki komanda bugünkü matçda ilk xalını və ya xallarını qazanmağa çalışacaq. Çünki bu oyundakı xal itkisi növbəti mərhələ şansını heçə endirə bilər.

Qeyd edək ki, E qrupunun digər oyununda “Sportinq” “Arsenal”ı qəbul edəcək.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Qarabağ   #UEFA  

Oxunub: 403