Metro gücləndirilmiş rejimə keçir - "Qarabağ"a görə


10:09     25 Oktyabr 2018 trend_metro_train_080615_003.jpg

Bu gün Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejimində çalışacaq.


"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Femida.az bildirib ki, əməliyyat planına uyğun olaraq, “Qarabağ" futbol klubunun Avropa Liqasının qrup matçı çərçivəsində Bakı Olimpiya Stadionunda keçirəcəyi ev oyunu zamanı arenaya ən yaxın məsafədə yerləşən "Koroğlu" stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Onun sözlərinə görə, əsas vəzifə sərnişinlərin stansiyanın xidmətindən təhlükəsiz və rahat istifadəsini təmin etməkdir. Həmin müddətdə sərnişin axınının tənzimlənməsi məqsədilə canlı qüvvə və texniki vasitələr ayrılacaq.

B.Məmmədov qeyd edib ki, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranarsa, xəttə veriləcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Vorskla” oyunu saat 20:55-də başlayacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 416