Sürüşmə zonasında vəziyyət necədir?


10:31     25 Oktyabr 2018 surusme_zonasi_00111.jpg

Badamdarda sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Femida.az-a verilən məlumata görə, sürüşmənin yuxarı hissəsində uçqun, töküntü prosesləri davam edir.

Sağ və sol hissədə olan çatlarda nisbi genişlənmə qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 534