Hər an hazır olun! - Naxçıvanda zabit heyəti toplandı
10:48 25 Oktyabr 2018
Naxçıvan Qarnizonunda şəxsi heyətlə iş üzrə komandir müavinləri və hərbi psixoloqlarla təlim-metodiki toplantı keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev və Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Niyaməddin Tağıyev çıxış edərək bildiriblər ki, toplantının keçirilməsində əsas məqsəd qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə hər an hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə mənəvi-psixoloji hazırlıq işinin daim diqqət mərkəzində saxlanılmasıdır.
Toplantıda çıxış edən müxtəlif kateqoriyalı zabit və mütəxəssislər tərbiyə işinin təşkilindən, fərdi xüsusiyyətlərin aşkarlanmasında və sistemləşdirilməsində psixoloji testlərin əhəmiyyəti, keçirilmə mexanizm və metodlarından danışıblar. Bildirilib ki, bu işlərin təşkilində hərbi qulluqçuların kateqoriyalarına görə fərdi tərbiyə işinin xüsusiyyətlərinə ciddi diqqət yetirilməlidir. Buna görə də toplantıda əsas diqqət hərbi qulluqçuların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə olunmasına, hərbi kollektivlərdə sağlam rəqabət atmosferinin inkişaf etdirilməsinə, əsgər və zabitlərin şəxsi xüsusiyyətləri nəzərə alınmaqla fərdi tərbiyə işinin planlı şəkildə həyata keçirilməsinə yönəldilib.
Femida.az
Oxunub: 1460
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"