Həbsxanada evlənən ömürlük məhbus: "Cəzamı yüngülləşdirin"


12:47     25 Oktyabr 2018 turme-mehbus8.jpg


Həbsxanada evlənən ömürlük məhbus Sergey Strelyayev cəzasının yüngülləşdirilməsini istəyir.

O, cinayət işi ilə yenidən tanış olmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edib.

S.Strelyayev hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi ilə tanış olur. O, cinayət işi ilə tanış olduqdan sonra yenidən Ali Məhkəməyə müraciət edəcək.

S.Strelyayev ömürlük azadlıqdan məhrum etmə cəzasının 20 ilə endirilməsini və ya işinə yenidən baxılmasını istəyir.

Qeyd edək ki, S.Strelyayev 1997-ci ildə iki qonşusunu qətlə yetirib və ömürlük həbs cəzasına məhkum edilib. Şair olan S.Strelyayevin həbsxanada bir neçə kitab yazıb.

O, 2013-cü ildə isə həbsxanada Lüdmila Alenikovla evlənib.

S.Strelyayev L.Alenikovla 2011-ci ildə öz kitabının təqdimatı zamanı tanış olub. Sonra məktublaşıblar və telefonla danışıblar. Qadın onun ziyarətinə gəlməyə başlayıb. Daha sonra S.Strelyayev L.Alenikova evlənmək təklifi edib.

Onlar bu nikahlarından bir övladları var.

Femida.az

Açar sözlər:

Oxunub: 999