Zaqatalada "Ford" qəza törətdi


13:50     25 Oktyabr 2018 Qeza2.jpg

Zaqatalada "Ford" markalı minik avtomobili qəza törədib.

Femida.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib. Şahidlərin verdiyi məlumata görə, qəza törədən avtomobil rayon mərkəzində yerləşən Bayraq meydanına çırpılıb.

Respublika Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev Trend-ə verdiyi məlumata görə, avtomobil maneələrə çırpılaraq qəza törədib və minik vasitəsinə ciddi ziyan dəyib:

"Heydər Əliyev prospekti ilə hərəkət edən "Ford" markalı minik avotmobili idarəetməni itirərək maneələrə çırpılıb. Qəzanın səbəbləri Zaqatala rayon polis şöbəsi tərəfindən araşdırılır. Hadisədə xəsarət alan olmayıb".

Femida.az

Açar sözlər:

Oxunub: 424