"Paşinyan Qarabağla bağlı bəyanat verəndə nə dediyini fikirləşməlidir" - Nazir
14:23 25 Oktyabr 2018
"ATƏT-in Minsk qrupunun mandatını oxumaq lazımdır. Burada açıq şəkildə yazılıb ki, Ermənistan və Azərbaycan münaqişə tərəfləridir və öz aralarında danışıqlar aparırlar"
Femida.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Nazir qeyd edib ki, bu, Paşinyanın Dağlıq Qarabağın münaqişə tərəfi olması ilə bağlı səsləndirdiyi ilk bəyanat deyil. E.Məmmədyarov, həmçinin vurğulayıb ki, hansısa danışıqlar aparanda gərək bunun üçün hazırlıq görülsün:
"Yaxud da hansısa bəyanat verəndə fikirləşməlidir ki, orada nə deyilir. İlk növbədə ortada sənədlər var. ATƏT-in Minsk qrupunun mandatını oxumaq lazımdır. Burada açıq şəkildə yazılıb ki, Ermənistan və Azərbaycan münaqişə tərəfidir. O ki qaldı Dağlıq Qarabağ icmasına, burada hər iki ölkə maraqlı tərəfdir. Əgər maraqlı tərəfdilərsə, orada Azərbaycan icması da var".
Femida.az
Oxunub: 413
Oxşar xəbərlər
- Nikol Paşinyan: "Ermənitanın 135 hərbçisi ölüb, ancaq bu yekun rəqəm deyil"
- Azərbaycan XİN Nikol Paşinyana cavab verib
- Paşinyanın avtomobil karvanının cinayət törədən sürücüsü cəzasız qalıb
- Nikol Paşinyan Moskvada işgüzar səfərdədir
- Ermənistan ziyalıları Paşinyanı sülh müqaviləsi bağlamağa çağırıblar
- İrəvanda Paşinyanın əleyhinə aksiya keçirilir, saxlanılanlar var
- Nikol Paşinyan martda Türkiyəyə səfər edəcək
- Paşinyan Aİ-nin nümayəndəsi ilə Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə edib
- Nikol Paşinyan Avropa Məhkəməsində Ermənistana qalib gəlib
- Nikol Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin bərpasından danışıb