İcazəsiz balıq ovladı - Cərimələndi
14:34 25 Oktyabr 2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Yenikənd su anbarında balıq ovlayan şəxs saxlanılıb.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, araşdırma zamanı icazəsiz ov edən şəxsin Şəmkir rayon sakini Rauf Qəmbərov olduğu müəyyən edilib, ondan müxtəlif növ balıqlar, ov alətləri və rezin qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyer barəsində 451 manat məbləğində iddia qaldırılıb.
Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.
Femida.az
Oxunub: 474
Oxşar xəbərlər
- İcazəsiz ov edən şəxslər saxlanılıb
- İcazəsiz ov edən şəxs saxlanılıb
- İcazəsiz ova cəhd edənlər saxlanıldı
- İcazəsiz ov etmək istədi - Nazirlik 2000 manat cərimələdi
- İcazəsiz balıq ovlayan şəxslər saxlanıldılar
- İcazəsiz ov etmək istəyən 3 nəfər saxlanıldı
- İcazəsiz ov etmək istədi - Nazirlik 1000 manat cərimələdi
- İcazəsiz ov edənlər tutuldu
- İcazəsiz balıq ovlayan şəxslər saxlanıldı
- İcazəsiz balıq ovlayan şəxs saxlanıldı