Prezident İspaniya Kralını təbrik edib


02:16     12 Oktyabr 2015 fem2.jpg

Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın Kralı VI Felipeyə təbrik məktubu ünvanlayıb.


Femida.az-ın məlumatına görə, təbrikdə deyilir:

"İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İspaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Açar sözlər:

Oxunub: 913