“Kimə deyirsiz deyin, qorxmuruq” (FOTOLAR)


23:40     14 May 2015 yasamal%20agac%20kesimi%20femida5.jpg

Yasamal rayonunda ağacları kəsirlər.


Bu gün “Facebook” sosial şəbəkəsində Yasamal rayonu, Əsəd Əhmədov küçəsində ağacların kəsildiyini əks etdirən fotolar yayılıb.

Femida.az xəbər verir ki, bu yerli sakinlər arasında etirazla qarşılanıb. Ağacları kəsənlər, onlara mane olmaq istəyən vətəndaşlara “Əcəb edib kəsirik. Kimə deyirsiz deyin, qorxmuruq" - deyə, cavab veriblər.

Hadisə ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən bildirdilər ki, mövcud vəziyyətin araşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Ağacların kəsilməsi qeyri-qanunidirsə, tədbir görüləcəkdir.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 677


Oxşar xəbərlər