15 əcnəbi Azərbaycanda İİV-ə yoluxdu


12:51     26 Oktyabr 2018 iiv.jpg

2018-ci ilin 9 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 497 nəfər təşkil edib ki, onlardan 482-i (96,9%) Azərbaycan vətəndaşı, 15-i (3,1%) isə əcnəbilərdir.



Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan Femida.az-a verilən məlumata görə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən bu ilin oktyabrın 1-ə kimi Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 7249 nəfər qeydiyyata götürülüb ki, onlardan 7014-ü (96,8%) Azərbaycan vətəndaşı, 235-i (3,2%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 5271-i (72,7%) kişi, 1978-ü (27,3%) qadındır.

İİV-ə yoluxması təsdiq olunmuş 7249 nəfərdən 3144-də (43,4%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib, onlardan 2262 (72%) nəfər dispanser qeydiyyatındadır. Oktyabrın 1-ə kimi ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 4757 nəfər təşkil edib ki, onların da 1901 nəfəri İNİ olub. Cari ilin 9 ay ərzində isə ART-yə cəlb olunan 550 pasiyentdən 96 nəfərində İNİ aşkar edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 777