Dövlət Agentliyinin avtomobili yandı - Xəsarət alanlar var


15:12     26 Oktyabr 2018 2018/10/e8585cd4-95ac-42b3-97bd-33ea2b1e53b8_3081104942.jpg


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus avtomobil qəzaya uğrayaraq yanıb.

Femida.az-ın Report-a istinadən xəbərinə görə, hadisə Zaqatala rayonunda baş verib.

Belə ki, Dövlət Agentliyinin "Mitsubishi" avtomobili ötmə əməliyyatı etmək istəyərkən "VAZ-2106" markalı maşınla toqquşub. Nəticədə "Mitsubishi" iki dəfə aşaraq yanmağa başlayıb.

Hadisə zamanı iki nəfər yüngül xəsarət alıb, hər iki avtomobil yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.



Femida.az

Açar sözlər:

Oxunub: 509