Kafedə döyülən kişi xəstəxanada öldü - Bakıda


16:24     26 Oktyabr 2018 18_10_26_1540556705.jpg


Paytaxtın Xətai rayonunda Bakı sakini Məmmədzadə Nizam Ceyhun oğlu kafedə Ələkbərov Elçin Vahid oğlunu xüsusi amansızlıqla döyüb.

Femida.az-ın oxu.az-a istinadən xəbərinə görə, hadisə oktyabrın 10-da M.Hadi küçəsindəki “Ordubad” kafesində baş verib.

E.Ələkbərov qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli ağır xəsarətləri ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 517