12 nəfərdən dələduzluq yolu ilə yarım milyon alan dəstəyə hökm oxundu


17:25     26 Oktyabr 2018


Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bəhruz Muradov, Sehran Məmmədov və Abbas Rəsullunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Femida.az-ın Trend-ə məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə B.Muradov 9 il, S.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib, A.Rəsulluya isə şərti cəza verilib.

İttihama görə, Bəhruz Muradov bir neçə nəfər tanışına Çindən Dubaya, Türkiyəyə və digər Avropa ölkələrinə mobil telefonlar, elektrik- avadanlıqlarının ticarəti ilə məşğul olmaqla yaxşı pul qazandığını deyərək Orxan Süleymanlının 205 min dollarını, İlkin Tağıyevin isə 112 min manat pulunu ələ keçirib.

Bundan başqa B.Muradov S.Məmmədov və A.Rəsullu ilə əlbir olaraq Emil Əliyevin 148 min manat, Ruslan Babayev və Mübariz Babayevin 177 min manat pulunu alıblar.

İş üzrə zərərçəkmiş şəxslərin sayı 12 nəfərdir.

Femida.az

Açar sözlər:

Oxunub: 376