Ucarda yol tikintisinə 9,7 milyon manat ayrıldı


19:02     26 Oktyabr 2018 18_10_26_1540565820.jpg

Prezident İlham Əliyev Ucar rayonunun Ucar-Alpout-Lək-Qazyan-Qarabörk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Femida.az -ın məlumatına görə, sərəncama əsasən, otuz altı min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ucar-Alpout-Lək-Qazyan-Qarabörk avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,7 milyon (doqquz milyon yeddi yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb

Açar sözlər:

Oxunub: 343