Bakı sakini küçədə sevgilisini öldürdü, özünü isə bıçaqladı
20:55 26 Oktyabr 2018
Bakıda kişi küçədə qeyri-qanuni yaşadığı qadını qətlə yetirib.
Hadisə paytaxtın Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 63 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1994-cü il təvəllüdlü Qocayev Mahir Famil oğlu və 1994-cü il təvəllüdlü Allahverdiyeva Ülviyyə Rafiq qızı çoxsaylı bıçaq xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib.
Ü.Allahverdiyeva aldığı xəsarətlərdən ölüb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində məlum olub ki, M.Qocayev həmin ünvanın qarşısında şəxsi münasibətlərin pozulması zəminində qeyri-qanuni ər-arvad münasibətində olduğu Ü.Allahverdiyevaya bıçaqla çoxsaylı zərbələr endirməklə onu öldürüb, daha sonra isə özünün qarın boşluğuna daxilə nüfuz edən bıçaq xəsarətləri yetirib.
M.Qocayevin vəziyyəti ağır olduğundan onu dindirmək mümkün olmayıb.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. (Trend)
Oxunub: 519
Oxşar xəbərlər
- Bakıda ağır yol qəzası oldu
- Bakıda mənzildən meyit tapılıb
- Bakı-Sumqayıt istiqamətində xəttə əlavə qatarlar buraxılacaq
- Bakıda polis əməliyyat keçirdi, saxlanılanlar var
- Bakıda sürücünü hədələyən şəxs saxlanılıb
- Bakıya gələn liderlərin xanımları Heydər Əliyev Mərkəzində - FOTOLAR
- Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
- Bakıda belə dələduzluq hələ görülməyib - "Gəlib gördüm ki, şadlıq sarayında hüzr mərasimidir"
- Bakıda 35 isti olacaq
- Bakıda it azyaşlının üzünü parçalayıb