Füzulidə 6 ədəd top mərmisi tapıldı


21:42     26 Oktyabr 2018 18_10_26_1540575782.jpg

Füzuli rayonunda 6 ədəd 122 mm-lik top mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Femida.az-a verilən məlumata görə, oktyabrın 23-də saat 14:12-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, 9 saylı Qayıdış qəsəbəsi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə su kanalına baxış keçirilib, kanalda suyun səviyyəsinin yüksək olması ilə əlaqədar olaraq əməliyyat-axtarış tədbirləri 2018-ci il 26 oktyabr tarixində davam etdirilib, Agentliyin mütəxəssisləri tərəfindən 6 ədəd 122 mm-lik top mərmisi (2 ədəd OF-56 və 4 ədəd Ş-1) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin tapıldığı yerin ətrafında 5 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 399