Azərbaycana ilk qar yağdı


09:23     27 Oktyabr 2018 qar%20yagdi.jpg

Azərbaycanın şimal-qərb bölgəsinə ilk qar yağıb.

Oktyabrın 25-dən 26-ə keçən gecədən başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri sabit hava şəraiti höküm sürüb.

Bölgəyə fasilələrlə yağış yağıb, bölgənin düzənlik ərazilərində havanın hərarəti müsbət 8 dərəcəyə qədər aşağı düşüb. Oktyabrın 26-dan 27-ə keçən gecə isə Böyük Qafqaz dağlarının cənub ətəyinin Şəki, Qax, Zaqatala və Balakən rayonlarına düşən hissəsinə ilk qar yağıb.


Femida.az

Açar sözlər:

Oxunub: 520