Qaşıqçının nişanlısı canlı yayımda gizlinləri açdı:" Telefonu mənə verib..." +VİDEO
11:19 27 Oktyabr 2018
Türkiyədə qətlə yetirilən ərəb jurnalist Camal Qaşıqçının nişanlısı canlı yayımda maraqlı faktları açıqlayıb.
Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Haticə Cengiz nişanlısı ilə son görüşündən danışıb.
"O gün heç həyəcanlı deyildi. Konsulluğa getdik, bu dəfə heç gözləmədik. Telefonları mənə verib, "burada məni gözlə" deyərək getdi", deyə o canlı yayımda baş verən olaydan danışıb.
Camal Qaşıqçı konsulluğa niyə gedibmiş?
Nişanlısı bununla bağlı suala da aydınlıq gətirib.
"Türkiyənin yerli qanunları var.Burada ailə həyatı qurmaq üçün evli olmadığına dair sənəd təqdim edilməlidir. Bu sənədi almaq üçün Fatih Bələdiyyəsinə getdik. Oradan bizi Səudiyyə Ərəbistanının İstanbulda yerləşən konsulluğuna göndərdilər. Camal bəy ora getmək istəmirdi. Qorxurdu ki,onu öz ölkəsinə qayıtmağa məcbur edərlər.", deyə o bildirib.
Haticə Cengiz canlı yayımda Qaşıqçı ilə tanışlığının tarixçəsindən də danışıb. O, toya hazırlaşdıqlarını da canlı yayımda açıqlayıb. Daha ətraflı videonu təqdim edirik:
Miri Məcidli
Femida.az
Oxunub: 2556
Oxşar xəbərlər
- Kaşıkçı cinayəti ilə bağlı sensasion XƏBƏR:İki casus saxlanılıb (VİDEO)
- Camal Kaşıkçının “WhatsApp” yazışmaları üzə çıxdı
- Rəsmən təsdiqləndi: Qaşıqçı hissələrə ayrılıb + HADİSƏ YERİNDƏN İLK VİDEO
- Camal Qaşıqçı sobada yandırılıb? - Dəhşətli faktlar +VİDEO
- Kaşıkçı olayında daha bir ŞOK!- Konsulluğun həyətində olan quyuda nə var?
- Qaşıqçının meyiti konsulun bağından tapılıb,üzü tanınmaz haldadır - VİDEO
- Qaşıqçı olayı ilə bağlı daha bir SENSASİYA: Konsulluğun həyətində yandırılan...+VİDEO
- "Mənə nə edəcəksiniz?, Qaçıracaqsınız məni?" - Camal Kaşıkçının son sözü və qətlinin ŞOK DETALLARI
- Camal Qaşıqçının qətlində general izi - Türkiyə polisi meşələrdə axtarışa başladı +VİDEO
- Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar... Kaşıkçının qətli ilə bağlı ŞOK VİDEO