Xətaidə 26 yaşlı oğlan bıçaqlandı


11:51     27 Oktyabr 2018 18_10_27_1540626788.jpg

Ötən gecə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Femida.az
-ın oxu.az-a istinadən məlumatına görə, 1992-ci il təvəllüdlü Nurullayev Rafiq Yusif oğlu kimliyi məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

Zərərçəkən Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. R.Nurullayev sol döş qəfəsində kəsilmiş-deşilmiş yaralarla təcili əməliyyata alınıb. Hazırda vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 343