Qaşıqçının qatilləri Türkiyəyə verilməyəcək - Səudiyyə XİN başçısı


12:33     27 Oktyabr 2018 18_10_27_1540629041.jpg


“Jurnalist Camal Qaşıqçının ölümündə təqsiri olanlar ölkəmizdə mühakimə ediləcək”.

Bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cubeyr deyib. Nazir bildirib ki, cinayət Səudiyyə və Türkiyə ədliyyə orqanları əməkdaşları tərəfindən araşdırılır.

“Qaşıqçı cinayəti isterik bir hal alıb. Araşdırmalar vaxt alır. Həqiqət araşdırma davam etdikcə ortaya çıxacaq. Cinayətdə əli olanlar Səudiyyə Ərəbistanında mühakimə olunacaq”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cinayət hadisəsinin İstanbulda qeydə alındığını əsas gətirərək, qətldə əli olan 18 nəfərin Türkiyədə mühakimə olunmasını təklif etmişdi. (azvision.az)

Femida.az

Açar sözlər: #Səudiyyə   #Türkiyə  

Oxunub: 734