Aeroport yolunda sürət həddi endirildi


12:53     28 Oktyabr 2018 yol_sureti_310315_03.jpg

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Femida.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

"Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, metereoloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik", - deyə BNA-nın sürücülərə müraciətində bildirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 411