Tramp Hindistan səfərindən imtina etdi


13:57     28 Oktyabr 2018 18_10_28_1540720579.jpg

ABŞ prezidenti Donald Tramp Hindistana səfər təklifinə rədd cavabı verib.
Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp gələn il yanvarın 26-da Hindistanda keçiriləcək Respublika Günü ilə bağlı mərasimə qatılmaqdan imtina edib. O, hansı səbəbdən belə addım atdığını açıqlamayıb.

Qeyd edək ki, Trampın Hindistan səfərindən imtinası iki dövlət arasında geosiyasi məsələlərə dair fikir ayrılığı ilə əlaqələndirilir.

Açar sözlər:

Oxunub: 270