Magistral kəmərdə qəza - Su olmayacaq


14:17     28 Oktyabr 2018 18_10_28_1540721928.jpg

Magistral kəmərdə baş vermiş qəza ilə əlaqədar Xətai rayonunun bir hissəsinə içməli suyun verilişində sutka ərzində fasilə olacaq.

Femida.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-dən məlumat verilib.


Bildirilib ki, fasilə Qara şəhər adlanan ərazi, N.Rəfiyev, N.Əliyev, S.Orucov, M.Mehdizadə və Xocalı küçələrində olacaq.

Açar sözlər:

Oxunub: 433