Əri tərəfindən alçaldılan 19 yaşlı gəlindən intihar cəhdi


20:00     28 Oktyabr 2018 poliklinika-beograd-8.jpg

Bakıda 19 yaşlı qız intihara cəhd edib.

Femida.az publika.az-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1999-cu uil təvəllüdlü Sevil Məmmədova (adlar şərtidir) Bakı şəhər Nizami rayonu Nəsimi küçsində kirayə yaşadığı mənzildə damarlarını doğrayıb. Ona tibbi yardım göstərilib, həyatı üçün təhlükənin olmadığı bildirilib.

Polisə ifadə verən 19 yaşlı qız deyib ki, həyat yoldaşı şəhriyar Məmmədov mütəmadi olaraq onu alçaldaraq işgəncə verir. Bu səbədən də həyatına son qoymaq qərarına gəlib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 454