Yollar yenə can aldı - Bir gündə 3 piyada öldü
12:05 29 Oktyabr 2018
Oktyabrın 28-də saat 13 radələrində Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində Abbaslı kənd sakini İbrahim Bədirov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən qəsəbə sakini, azyaşlı Zəhra Həsənovanı vurub.
DİN-dən Femida.az-a verilən məlumata görə, nətəcədə uşaq hadisə yerində ölüb. Bundan başqa oktyabrın 28-də saat 22 radələrində Şəmkir rayonunun Şiştəpə kəndi ərazisində şəhər sakini Cəmil İbadullayev idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən kənd sakini Natiq Məmmədovu vurmuş və nəticədə piyada hadisə yerində ölüb.
Anoloji hadisə Mingəçevirdə qeydə alınıb. Belə ki, oktyabrın 28-də saat 11 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakini Mübariz Atayev idarə etdiyi “JAC” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən həmyerlisi Saat Mikayılovu vurub. Xəstəxanaya yerləşdirilən S.Mikayılov orada ölüb. Faktlarla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 680
Oxşar xəbərlər
- Yollar nə vaxt açılacaq?
- Yollar buz bağlayacaq, dumana görə görünüş məsafəsi məhdudlaşacaq
- Yollar buz bağlayacaq, güclü külək əsəcək - PROQNOZ
- Yollarda avtomobillərlə aşkar sürət yarışına girənlər bir ayadək inzibati həbs edilə bilər
- Yolların yenidən qurulmasına 1,9 milyon manat ayrılıb
- Yollarda xüsusi karantin rejimini pozan 615 nəfər cərimələnib
- Yollarda karantin rejimini pozan 1251 nəfər cərimələnib
- Yollarda sürət həddi endirildi - Hava şəraitinə görə
- Yollarda xüsusi hərəkət zolaqları yaradılacaq
- Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ