XİN başçıları İstanbul bəyannaməsini imzaladı


15:31     29 Oktyabr 2018 2018/10/15408-1540811713_1540812775.jpg


Türkiyənin İstanbul şəhərində yerləşən Dolmabaxça sarayında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Gürcüstanın xarici işlər naziri David Zalkaliani arasında üçtərəfli görüş keçirilib.


Femida.az xəbər verir ki, nazirlərin sayca VII görüşündə regional əməkdaşlığın ümumi maraqlar üzrə inkişaf perspektivləri, regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, həmçinin əvvəlki görüşlərdə qəbul olunan qərarlarin icra vəziyyəti müzakirə olunub. Görüşün nəticəsinə dair İstanbul Bəyannaməsi imzalanıb.

Qeyd edək ki, oktyabrın 30-da İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin VI üçtərəfli görüşü planlaşdırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 384