Gecə canavara çevrilib heyvanların qanını içən "canavar adam" - VİDEO


15:45     29 Oktyabr 2018 2018/10/146096681114728456_1540813523.jpg

Sergey Pankeyevə dünyada "canavar adam" ləqəbi ilə tanınıb.Bu adın ona verilməsi təsadüfi deyil. Onun gecələr "canavara" çevrilməsi və heyvanların qanını içməsi bölgəni dəhşətə gətirirdi.



Femida.az "canavar adam" haqqında maraqlı yazını təqdim edir:

Sergey Pankeyev Odessada varlı bir ailədə dünyaya gəlib.4 yaşında olarkən ailəsi onu evdə tək qoyaraq qohumlarının evinə qonaq gedir. Həmin gecə Segeyin həyatında baş verən faciə baş verir. Yuxudan oyanan Sergey pəncərənin qarşısında 7 böyük ağ rəngli canavarın dayandığını və diqqətlə ona baxdığını görür.Bu hadisədən sonra onda psixoloji pozğunluqlar yaşanmağa başlayır.O, hər gün yuxusunda 7 canavarın pəncərədə dayandığını və ona baxdığını görür. Bu hadisələrdən sonra onun həyatında bir neçə faciələr baş verir.Bacısı və atasının intiharı onun dərin depresiyaya düşməsinə səbəb olur. Sergeyin düşdüyü durum tezliklə bütün ölkəyə yayılır. Valideynləri onu müalicə etdirmək üçün Ziqmunda Freydanın köməyindən istifadə etmək qərarına gəlir. Freyd gənc Sergeyin müalicəsinə başlayır və onu "canavar adam" adlandırır.
Freyd Sergeyin xəstəliyini nevroz adlandırır.O, bildirirdi ki, Freydin xəstəliyinin səbəbi uşaq vaxtı valideynlərinin cinsi əlaqədə olması səhnəsini görməsi ilə bağlıdır. Sergey isə bunu qəbul etmirdi.

Sergeyin müalicəsi uzun müddət aparılsa da nəticə vermirdi. Odessa əhalisi vahimə içərisində idi. Əhali arasında söhbət gəzirdi ki, Sergey heyvanları kəsir, qanını içir və canavar kimi gecələr ulayır.

Sergey Pankeyevin başına gələnlərin davamını videoda izləyə bilərsiniz.





(Sergey bacısı ilə)




(Sergeyin yaşadığı ev)




(Sergey arvadı ilə)

Hazırladı: Miri Məcidli
Femida.az

Açar sözlər: #canavar_adam   #maraqlı   #Dəhşət   #qorxulu   vVideo  

Oxunub: 5136


Oxşar xəbərlər