189 nəfərin öldüyü təyyarənin qəzaya UĞRAMA ANI - DƏHŞƏTLİ VİDEO


16:51     29 Oktyabr 2018 2018/10/602461c8d168ac054ccfb4416e993724__980x_1540817629.jpg

Bu gün səhər saatlarında İndoneziyanın Yava adasının qərb sahilində qəzaya uğrayan təyyarənin son görüntüləri yayılıb.

Femida.az xarici mediaya istinadən xəbər verir ki, təyyarənin göyərtəsində çəkilən görüntülərdə sərnişinlər təkbir və şəhadət gətirərək qorxu ilə qışqırdığı eşidilir.

Yutuba yüklənən görünütülər tezliklə silinib.

Qeyd edək ki, İndoneziyada "Lion Air" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi bu gün səhər saatlarında qəzaya uğrayıb. İndoneziyanın "Detik.com" xəbərlər portalının ölkənin Nəqliyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, təyyarənin içində qəza dəqiqəsində 189 nəfər olub. Onlardan 3-ü uşaq olmaqla, 181-i sərnişindir. Digərləri isə 2 pilot və 6 bort əməkdaşıdır. Onların hamısı həlak olub.



Açar sözlər: #təyyarə   #qəza   #indonziya  

Oxunub: 4229