Fransa “Dağlıq Qarabağ Respublikası”nı tanımır - AÇIQLAMA
17:22 29 Oktyabr 2018
Fransanın Azərbaycandakı səfiri Dağlıq Qarabağ münaqişəsi qurbanlarına və onların ailələrinə, eləcə də çoxsaylı məcburi köçkünlərə bir daha səmimi hisslərini ifadə edir.
Fransız şəhərlərinin merlərinin Dağlıq Qarabağa səfərlərinə gəldikdə, Fransanın mövqeyi aydındır və birmənalıdır.
Fransanın Xarici İşlər Nazirliyi oktyabrın 26-da bunu bir daha xatırladıb ki, Fransa “Dağlıq Qarabağ respublikası”nı tanımır və yerli hakimiyyət orqanları tərəfindən imzalanmış sazişlərin yerinə yetirilməsində məsuliyyət fransız hökumətinin üzərinə düşmür və bu sazişlər heç bir hüquqi dəyərə malik deyil.
Femida.az -ın məlumatına görə, bu fikirlər Fransanın Azərbaycandakı səfirliyinin açıqlamasında yer alıb.
Açıqlamada bildirilir ki, Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan və Azərbaycan arasında vasitəçilik səylərini qərəzsiz şəkildə aparacaq.
Oxunub: 322
Oxşar xəbərlər
- Fransada “meymun çiçəyi” xəstəliyinə ilk yoluxma qeydə alınıb
- Fransa Ukraynaya humanitar yardımı 2 milyard dollara çatdıracaq
- Fransa Maliyyə Nazirliyi rusiyalı iş adamlarının mülklərinə həbs qoyub
- Fransa Ukraynaya 300 milyon avro maliyyə yardımı göndərəcək
- Fransada Rusiya gəmiləri sanksiyalara görə saxlanılıb
- Fransa 10 minə yaxın hərbçisini səfərbər edəcək
- Fransa vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb
- Fransa prezidentliyinə namizədin Azərbaycana girişi qadağan edilib
- Fransa Prezidenti Azərbaycanın 10 ermənini təhvil verməsini alqışlayıb
- Fransanın şimalında quş qripi ocağı aşkarlanıb