Tunisdə partlayış törədilib - Yaralılar var


21:45     29 Oktyabr 2018 18_10_29_1540831585.jpg

Tunis paytaxtında güclü partlayış baş verib.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, terrorçu-kamikadze partlayıcı qurğunu Daxili İşlər Nazirliyinin yerləşdiyi binanın yaxınlığında işə salıb.

Məlumata görə, partlayış nəticəsində 9 nəfər yaralanıb. Terrorçu-kamikadzenin qadın olduğu ehtimal edilir. Hadisənin hansı terrorçu qruplaşma tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.

Açar sözlər:

Oxunub: 389