Prezident 3 rayona yeni icra başçısı TƏYİN ETDİ


15:59     30 Oktyabr 2018 18_10_30_1540900817.jpg

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə yeni başçının təyin edilməsi haqqında sərəncam imzalayıb.

Femida.az xəbər verir ki, sərəncama əsasən, Vüqar Teyyub oğlu Zeynalov Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bundan başqa Asif Əzizağa oğlu Ağayev də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Tahir Nadir oğlu Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Femida.az

Açar sözlər: #icra   #prezident   #sərəncam  

Oxunub: 1919