Səbailin yeni icra başçısı kimdir? - DOSYE


16:55     30 Oktyabr 2018 18_10_30_1540904182.jpg

Prezident İlham Əliyev Vüqar Teyyub oğlu Zeynalovun Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə başçı təyin edilməsi ilə bağlı sərəncam imzaladı.

Femida.az yeni icra başçısının dosyesini təqdim edir:

Vuqar Teyyub oğlu Zeynalov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin birgə qərarına əsasən, 2015-ci ilin 28 dekabr tarixindən etibarən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin məzunudur. Müxtəlif dövrlər ərzində o, özəl şirkətdə hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyat muzeyində baş mütəxəssis, Azərbaycan Milli Elmlər Akademiyasının "Akademiya" kitab mərkəzində direktor, Azərbaycan Dövlət İncəsənət muzeyində Muzey işində innovasiyaların tətbiqi şöbəsinin müdiri, muzeyin direktor müavini, Azərbaycan Diplomatiya Akademiyasının (ADA) Kitab Mərkəzində direktor vəzifəsində çalışmışdır. 2012-ci ildən etibarən Vuqar Zeynalov Nizami Kino Mərkəzinin direktoru vəzifəsində işləyib.

Ailəlidir, iki övladı var.

Femida.az

Açar sözlər:

Oxunub: 1164