Sahibkarları öldürən dəstəyə ömürlük cəza istənildi


18:21     30 Oktyabr 2018 mehkeme_hakim.jpg


Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmazda qətl törətməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Femida.az-ın
Trend-ə istinadən məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror təqsirləndirilən şəxsə cəza istəyib.

Dövlət ittihamçısı Q.Kərimovun ömürlük, V.Rüstəmovla F.Axverdiyevin isə 20 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası noyabrın 6-da davam etdiriləcək.

İttihama görə, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq, Xaçmazda rayon sakini Nəzakət Hacıyevanın evinə girərək onu zəhərləyərək öldürüb, evindən 10 min manat pul götürərək qadının meyitini mənzili ilə birlikdə yandırıblar.

Dəstə üzvləri bundan başqa, Xaçmazda sahibkarlıq fəaliyyəti ilə məşğul olan İlqar Məmmədovun evinə girərək iş adamını bıçaqla qətlə yetirib, onun evindən 289 min manat pul və qızılları götürüblər.

Femida.az

Açar sözlər:

Oxunub: 348