Təranə Səmədova həbs edildi
17:40 30 Oktyabr 2018
İki qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən tanınmış prodüser Təranə Səmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan təbdiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.
İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.(Report)
Femida.az
Oxunub: 1624
Oxşar xəbərlər
- Təranə Səmədova narkotikə görə cəzalandırılıb
- Təranə Səmədova polisə müqavimətə görə cərimələnib
- Təranə qadın koloniyasına köçürüldü
- Təranə Səmədova yenə azadlığa çıxa bilmədi
- Təranə Qumralın məhkəmə istintaqı başa çatdı
- Təranə Qumralın məhkəməsi başladı - CİNAYƏT İŞİ
- Təranə Qumral məhkəmə qarşısında - 3 ilə qədər həbs...