İtaliyada daşqınlarda 9 nəfər öldü


20:55     30 Oktyabr 2018 18_10_30_1540913626.jpg

İtaliyada daşqınlar nəticəsində son 3 gündə ölənlərin sayı 9 nəfərə çatıb.

Femida.az “Röyters”ə istinadən xəbər verir ki, daxili işlər naziri Matteo Salvini pis hava şəraitinin ölkədə “dramatik itkilər”ə səbəb olduğunu deyib.

Daha 4 nəfər ciddi xəsarət alıb, 1 nəfərdən isə xəbər yoxdur. Ölkənin şimal-şərqindəki Rapallo kurort zonasında qoruyucu divarlar güclü külək səbəbindən uçub.

Açar sözlər:

Oxunub: 392